Bakı Tələbat Qabları zavodu Açıq Tipli Cəmiyyətdir. BTQ ASC
Zavod 2004-cü ildən özəlləşdirilərək ASC-yə çevrilmişdir və 2007-cı ildən istehsal fəaliyyətinə başlamışdır.Cəmiyyətin sovetlərdən qalan ana binasından başqa bütün binaları sökülmüş və müasir tipli sənaye binaları tikilmişdir.Hazırda cəmiyyətin istehsal sahəsində ət, süd məhsullarının , un və un məmulatlarının, meyvə, tərəvəzlərin qablaşdırılması və saxlanması üçün plastik tara və qablar , stadion və idman kompleksləri üçün oturacaqlar, tikinti və məişət tullantı-ları üçün vedrələr, tikintidə istifadə olunan vanna və vedrələr, sənaye məhsullarının daşınması üçün universal kaset və qatlanan yeşiklər, qaz saygacı qutuları istehsal olunur.Cəmiyyətin istehsal etdiyi yüksək keyfiyyətli məhsullar zaman-zaman müxtəlif diplom və fərmanlara layiq görülmüş-dür. Eyni zamanda bütün məhsullar üçün Standartlaşdırma və Metrologiyanın müxtəlif uyğunluq sertifikatlarını da almışdır.Hal-hazırda ASC minə qədər müxtəlif çeşiddə plastik taralar istehsal etmək üçün avadanlıqlara malikdir və bu avadanlıqların hamısı Avropa istehsalıdır.
10 ildən artıq iş təcrübəsi
Zavod 2004-cü ildən özəlləşdirilərək ASC-yə çevrilmişdir və 2007-cı ildən istehsal fəaliyyətinə başlamışdır.
Termoforminq sahəsi
Termoforminq sahəsində MDB ölkələrində olan yeganə “İN- line termoforminq xətti” mövcuddur.
Qəlib düzəltmə sahəsi
Qəlib düzəltmə istehsalı ilk dəfə 2007-ci ildən Azərbaycanda “Bakı Tələbat Qabları“ ASC-də qurulub. Burada müasir tipli “CNC” maşınlar işləməkdədir.
İnjeksiya sahəsi
İnjeksiya sahəsində 15÷ 2000 t arası 40 ədəd maşın
mövcuddur.
Ektruziya sahəsi
Ekstruziya sahəsində 4 xətt mövcuddur.